22 iyul 2026. Çərşənbə

Duşan Vlahoviç "Yuventus"la yeni müqavilə barədə danışıqlar aparır


  • Transfer
  • 22:01 22.07.2026
  • Oxunma sayı: 27
Duşan Vlahoviç "Yuventus"la yeni müqavilə barədə danışıqlar aparır

Serbiyalı hücumçu Duşan Vlahoviç karyerasını İtaliyanın "Yuventus" klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın “La Stampa”ya istinadən məlumatına görə,  futbolçu Turin təmsilçisi ilə yeni müqavilənin imzalanması istiqamətində danışıqlar aparır. Lakin tərəflər maliyyə şərtləri ilə bağlı hələ də ortaq məxrəcə gələ bilməyiblər.

Bildirilir ki, Vlahoviçin atası imza bonusunun ikiqat artırılmasını tələb edir. "Yuventus" futbolçuya mövsümə görə 6 milyon avro əməkhaqqı, həmçinin 4-5 milyon avro həcmində imza bonusu təklif edib.

Serbiyalı hücumçunun atası isə yeni müqavilə üzrə imza bonusunun ən azı 8-10 milyon avro olmasında israrlıdır.

Qeyd edək ki, Duşan Vlahoviç 2022-ci ildən "Yuventus"un formasını geyinirdi. Onun Turin klubu ilə müqaviləsinin müddəti iyunun 30-da başa çatıb.







Transfer