22 iyul 2026. Çərşənbə

Pau Kubarsi dünyanın ən bahalı müdafiəçilərindən biri oldu


  • Transfer
  • 22:19 22.07.2026
  • Oxunma sayı: 48
Pau Kubarsi dünyanın ən bahalı müdafiəçilərindən biri oldu

İspaniya millisinin və "Barselona" klubunun müdafiəçisi Pau Kubarsi 19 yaşında öz mövqeyində dünyanın ən bahalı futbolçularından birinə çevrilib.

90deqiqe.Az-ın “Transfermarkt”a istinadən məlumatına görə, ispaniyalı futbolçunun bazar dəyəri 20 milyon avro artırılıb. Hazırda onun transfer qiyməti 100 milyon avro təşkil edir. Bu göstərici ilə Kubarsi Fransa millisinin müdafiəçisi Vilyam Saliba ilə birlikdə dünyanın ən bahalı mərkəz müdafiəçisi hesab olunur.

Xatırladaq ki, daha əvvəl Beynəlxalq Futbol Federasiyası (FİFA) Pau Kubarsini 2026-cı il dünya çempionatının ən yaxşı gənc futbolçusu seçib.

Gənc müdafiəçi turnirdə İspaniya millisinin keçirdiyi bütün səkkiz oyunda meydana çıxıb. O, qol və ya məhsuldar ötürmə ilə fərqlənməsə də, komandasının etibarlı müdafiəsində mühüm rol oynayıb. İspaniya millisi turnir ərzində cəmi bir qol buraxaraq finalda Argentinanı 1:0 hesabı ilə məğlub edib və dünya çempionu olub.







Transfer