22 iyul 2026. Çərşənbə

PSJ Şarl de Ketelare ilə maraqlanır


  • Transfer
  • 22:27 22.07.2026
  • Oxunma sayı: 38
PSJ Şarl de Ketelare ilə maraqlanır

İtaliyanın "Atalanta" klubunun yarımmüdafiəçisi Şarl de Ketelare karyerasını Fransada davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, Belçika millisinin üzvü ilə Fransanın PSJ klubu maraqlanır. Lakin Paris təmsilçisi futbolçunu əsas transfer hədəfi deyil, alternativ variantlardan biri kimi nəzərdən keçirir.

Şarl de Ketelare 2024-cü ildə 23 milyon avro qarşılığında "Milan"dan "Atalanta"ya transfer olunub. Onun Berqamo təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci il iyunun 30-dək qüvvədədir.

Belçikalı yarımmüdafiəçi 2025/2026 mövsümündə bütün turnirlərdə 42 oyunda meydana çıxıb, 5 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Hazırda futbolçunun transfer dəyəri 35 milyon avro qiymətləndirilir.







Transfer