22 iyul 2026. Çərşənbə

"Çelsi" yeni yarımmüdafiəçi transfer etmək istəyir


  • Transfer
  • 22:30 22.07.2026
  • Oxunma sayı: 50
"Çelsi" yeni yarımmüdafiəçi transfer etmək istəyir

İngiltərənin "Çelsi" klubu yay transfer dövründə heyətini yeni yarımmüdafiəçi ilə gücləndirməyi planlaşdırır.

90deqiqe.Az-ın məlumatına görə, London təmsilçisinin "Bornmut"un yarımmüdafiəçisi Aleks Skott üçün etdiyi 64 milyon funt sterlinqlik təklif rədd edildikdən sonra klub transfer bazarında alternativ variantları araşdırmağa başlayıb.

Bununla belə, yeni yarımmüdafiəçinin transferi Entso Fernandesin komandadan ayrılacağı anlamına gəlmir. Bildirilir ki, "Çelsi" argentinalı futbolçu ilə yeni müqavilə imzalamaq imkanını da açıq saxlayır.

Qeyd edək ki, "Çelsi" 2025/2026 mövsümünü İngiltərə Premyer Liqasının turnir cədvəlində 10-cu pillədə başa vurub. Bu səbəbdən London klubu qarşıdakı mövsümdə avrokuboklarda iştirak etməyəcək.







Transfer