22 iyul 2026. Çərşənbə

"Çelsi" Cerrad Brantueyti transfer etmək istəyir


  • Transfer
  • 22:44 22.07.2026
  • Oxunma sayı: 48
"Çelsi" Cerrad Brantueyti transfer etmək istəyir

İngiltərənin "Everton" klubunun müdafiəçisi Cerrad Brantueyt karyerasını "Çelsi"də davam etdirə bilər.

90deqiqe.Az-ın “Indykaila News”a istinadən məlumatına görə, London təmsilçisi 23 yaşlı futbolçunun gələcəkdə dünyanın aparıcı mərkəz müdafiəçilərindən birinə çevrilə biləcəyini düşünür. Bu səbəbdən "Çelsi" onun transferi üçün lazım gələrsə, gələn ilin yayına qədər gözləməyə də hazırdır.

Bildirilir ki, London klubu bu həftə transferlə bağlı ilkin danışıqlara başlamaq üçün "Everton" rəhbərliyi ilə əlaqə saxlayacaq.

Cerrad Brantueyt 2020-ci ildə bir milyon avro qarşılığında "Karlayl" klubundan "Everton"a transfer olunub. Onun Liverpul təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu il iyunun 30-dək qüvvədədir.

Müdafiəçi 2025/2026 mövsümündə bütün turnirlərdə "Everton"un heyətində 10 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer