- Transfer
- 00:09 23.07.2026
Yeni mövsümdə İngiltərə Premyer Liqasında çıxış edəcək "İpsviç Taun" heyətini gücləndirmək istiqamətində növbəti transferini reallaşdırıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, mərkəz müdafiəçisi İssa Diopla dördillik müqavilə imzalanıb.
29 yaşlı Mərakeş millisinin üzvü "Fulhem"dən "İpsviç Taun"a keçib. Klublar arasında baş tutan transferin maliyyə şərtləri açıqlanmayıb.
İssa Diop ötən mövsüm "Fulhem"in heyətində 18 oyunda meydana çıxıb və 1 qol vurub.
Mərakeşli müdafiəçi 2026-cı il dünya çempionatında da komandasının əsas oyunçularından biri olub. O, turnirdə 5 oyunda iştirak edib və 1/16 final mərhələsində Niderland millisinin qapısından keçirdiyi vacib qolla yadda qalıb.