23 iyul 2026. Cümə axşamı

"Yuventus" Opendanı buraxmağa tələsmir


  • Transfer
  • 23:51 22.07.2026
  • Oxunma sayı: 43
"Yuventus" Opendanı buraxmağa tələsmir

İtaliyanın "Yuventus" klubu belçikalı hücumçu Loy Opendanın yay transfer dövründə komandadan ayrılmasına razıdır.

90deqiqe.Az-ın “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, hücum xəttində yaranan kadr çatışmazlığı səbəbindən Turin təmsilçisi bu qərarı hələlik təxirə salıb.

Baş məşqçi Luçano Spallettinin uzunmüddətli planlarında Openda yer almır. Futbolçu ilə Fransanın "Lion" və "Lans" klubları maraqlanır. Bundan əvvəl isə "Monako", "Renn" və İngiltərənin "Koventri" klublarının da onun transferində maraqlı olduğu bildirilmişdi.

Buna baxmayaraq, "Yuventus" rəhbərliyi hücumçunun ayrılığına hələlik yaşıl işıq yandırmağa hazır deyil. Səbəb isə hücum xəttində seçim imkanlarının məhdudlaşmasıdır.

Duşan Vlaxoviçin azad agent kimi komandadan ayrılmasından sonra Luçano Spallettinin sərəncamında yalnız Conatan Devid, Arkadiuş Milik, Loy Openda və yeni transfer Ceff Ehator qalıb.

Lakin Ehator mövsümöncəsi ilk yoxlama oyununda zədələnib. Conatan Devid isə 2026-cı il dünya çempionatındakı çıxışından sonra hələ də məzuniyyətdədir.

Bu səbəbdən "Yuventus" belçikalı futbolçunun mümkün transferi ilə bağlı qərarı ən azı bir həftə təxirə salmağı planlaşdırır. Bu, Opendaya maraq göstərən klubların olmasına baxmayaraq verilən qərardır.







Transfer