- Transfer
- 00:09 23.07.2026
Fransanın PSJ klubu ukraynalı müdafiəçi İlya Zabarnı ilə yollarını ayırmağa hazırlaşır.
90deqiqe.Az-ın “talkSPORT”a istinadən məlumatına görə, Paris təmsilçisi yay transfer dövründə futbolçunu satmağa razıdır. Klub vasitəçilər vasitəsilə Zabarnının xidmətini İngiltərənin "Liverpul" və "Çelsi" klublarına təklif edib.
Hazırda hər iki İngiltərə təmsilçisinin 22 yaşlı müdafiəçinin transferində maraqlı olub-olmadığı dəqiq məlum deyil.
İlya Zabarnı 2025-ci ildə 63 milyon avro qarşılığında "Bornmut"dan PSJ-yə transfer olunub. Onun Paris klubu ilə müqaviləsinin müddəti 2030-cu il iyunun 30-dək nəzərdə tutulub.
Ukraynalı müdafiəçi 2025/2026 mövsümündə bütün turnirlərdə PSJ-nin heyətində 37 oyunda meydana çıxıb və 1 qol vurub.
Hazırda futbolçunun transfer dəyəri 40 milyon avro qiymətləndirilir.