23 iyul 2026. Cümə axşamı

Dünyanın ən bahalı futbolçularının yeni siyahısı açıqlandı


  • Transfer
  • 00:04 23.07.2026
  • Oxunma sayı: 43
Dünyanın ən bahalı futbolçularının yeni siyahısı açıqlandı

Transfer dəyərlərini müəyyənləşdirən nüfuzlu "Transfermarkt" platforması 2026-cı il dünya çempionatından sonra futbolçuların bazar qiymətlərini yeniləyib.

90deqiqe.Az-ın məlumatına görə, yenilənmiş siyahıya əsasən, Lamin Yamal və Erlinq Holann dünyanın ən bahalı futbolçuları olaraq qalırlar. Hər iki oyunçunun transfer dəyəri 20 milyon avro artaraq 220 milyon avroya yüksəlib. Bu göstərici platformanın tarixində qeydə alınan ən yüksək transfer qiymətidir.

Dünyanın ən bahalı 10 futbolçusu:

  1. Erlinq Holann – 220 milyon avro (+20 milyon)
  2. Lamin Yamal – 220 milyon avro (+20 milyon)
  3. Kilian Mbappe – 200 milyon avro (+20 milyon)
  4. Maykl Olise – 170 milyon avro (+20 milyon)
  5. Cud Bellinqem – 160 milyon avro (+30 milyon)
  6. Pedri – 150 milyon avro
  7. Vinisius Junior – 140 milyon avro
  8. Vitinya – 140 milyon avro
  9. Xviça Kvaratsxeliya – 140 milyon avro
  10. Joau Neveş – 140 milyon avro

Qeyd edək ki, Cud Bellinqem ilk "beşlik"də transfer dəyərini ən çox artıran futbolçu olub. Onun bazar qiyməti 30 milyon avro yüksəlib. Digər futbolçuların transfer dəyərində isə dəyişiklik qeydə alınmayıb.







Transfer