23 iyul 2026. Cümə axşamı

Erve Renara dörd millidən təklif var


  • Transfer
  • 00:09 23.07.2026
  • Oxunma sayı: 53
Erve Renara dörd millidən təklif var

Fransalı mütəxəssis Erve Renar milli komandalar arasında ən çox maraq göstərilən baş məşqçilərdən biri olaraq qalır.

90deqiqe.Az-ın “Foot Mercato”ya istinadən məlumatına görə, Tunis millisində qısa müddət çalışdıqdan sonra təcrübəli çalışdırıcı bir neçə futbol federasiyasının diqqət mərkəzinə düşüb.

Hazırda Renarın xidmətində ən çox maraqlı olan tərəf Cənubi Koreya millisidir. Yerli mətbuat onun 2026-cı il dünya çempionatında komandanın qrup mərhələsində mübarizəni dayandırmasından sonra vəzifəsindən ayrılan Hon Myon Bonu əvəz etmək üçün əsas namizəd olduğunu yazır.

Bundan başqa, Erve Renarın adı Cənubi Afrika Respublikası və Seneqal millilərinin baş məşqçi postuna namizədlər sırasında da çəkilir.

Həmçinin bildirilir ki, Vladimir Petkoviç vəzifəsindən ayrılacağı təqdirdə Əlcəzair Futbol Federasiyası da fransalı mütəxəssisin namizədliyini nəzərdən keçirə bilər.

Qeyd edək ki, Erve Renar məşqçilik karyerası ərzində iki dəfə Afrika Millətlər Kubokunun qalibi olub. O, 2012-ci ildə Zambiya, 2015-ci ildə isə Kot-d'İvuar millisini qitə çempionu edib.







Transfer