- Transfer
- 23:39 23.07.2026
İngiltərə çempionu "Arsenal" yay transfer dövründə növbəti keçidini reallaşdırıb.
90deqiqe.Az xəbər verir ki, London təmsilçisi Belçikanın "Brügge" klubunun hücumçusu Xristos Tzolisi heyətinə qatıb.
24 yaşlı yunanıstanlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb.
Məlumata əsasən, "Arsenal" bu transfer üçün "Brügge"yə 40 milyon avro təzminat ödəyib.
Xristos Tzolis son mövsümlərdə Belçika klubunun aparıcı oyunçularından biri olub. O, "Brügge"nin heyətində keçirdiyi 108 rəsmi matçda 43 qol vurub, 45 məhsuldar ötürmə ilə də komandasının uğurlarına töhfə verib.
Beləliklə, "Arsenal" yeni mövsüm öncəsi hücum xəttini məhsuldar çıxışı ilə diqqət çəkən yunan futbolçu ilə gücləndirib.