- Transfer
- 23:59 23.07.2026
"Mançester Siti" klubu tarixinin ən bahalı transferini rəsmən gerçəkləşdirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, "şəhərlilər" "Nottingem Forest"dən yarımmüdafiəçi Elliot Andersonu transfer edib.
23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. "Mançester Siti" Andersonun keçidi üçün "Nottingem Forest"a 135 milyon avro ödəyəcək.
Beləliklə, Elliot Anderson "şəhərlilər"in tarixində ən bahalı transferə çevrilib. Bununla da, 2021-ci ildə 117 milyon avroya transfer olunan Cek Qriliş ikinci pilləyə enib.
Qeyd edək ki, Elliot Anderson futbol karyerasına "Nyukasl Yunayted"in akademiyasında başlayıb. O, 2024-cü ildə 41 milyon avro qarşılığında "Nottingem Forest"a keçmişdi. Gənc yarımmüdafiəçi peşəkar karyerası ərzində keçirdiyi 168 oyunda 13 qol vurub, 20 məhsuldar ötürmə ilə yadda qalıb.