24 iyul 2026. Cümə

"Borussiya"nın Said Əl-Mala üçün təklifi rədd edildi


  • Transfer
  • 23:08 23.07.2026
  • Oxunma sayı: 28
"Borussiya"nın Said Əl-Mala üçün təklifi rədd edildi

Dortmund "Borussiya"sı "Köln"ün hücumameyilli yarımmüdafiəçisi Said Əl-Malanı transfer etmək cəhdində uğursuz olub.

90deqiqe.Az-ın “Sky”a istinadən məlumatına görə,  Dortmund təmsilçisi ötən həftə 19 yaşlı futbolçu üçün "Köln"ə 26 milyon avro məbləğində rəsmi təklif göndərib. Müqavilədə nəzərdə tutulan bonuslarla birlikdə transferin ümumi dəyəri 34-42 milyon avroya çata bilərdi.

Lakin "Köln" rəhbərliyi bu təklifi yetərsiz hesab edərək demək olar ki, dərhal rədd edib. Almaniya klubu ölkənin ən perspektivli gənc futbolçularından biri sayılan Said Əl-Mala üçün daha yüksək məbləğ əldə etməyi planlaşdırır.

Bundan əvvəl İngiltərənin "Brentford" klubu futbolçu üçün 50 milyon avroluq təkliflə "Köln"lə razılığa gəlsə də, Əl-Mala Premyer Liqa təmsilçisinə keçməkdən imtina edib.

Hazırda futbolçunun "Köln"də qalması ən real variantlardan biri hesab olunur. Said Əl-Malanın Almaniya klubu ilə qüvvədə olan müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.







Transfer