24 iyul 2026. Cümə

"Bornmut" Argentina millisinin gənc ulduzunu transfer etmək istəyir


  • Transfer
  • 23:14 23.07.2026
  • Oxunma sayı: 50
"Bornmut" Argentina millisinin gənc ulduzunu transfer etmək istəyir

İngiltərənin "Bornmut" klubu Argentinanın "Boka Xuniors" komandasında çıxış edən yarımmüdafiəçi Milton Delqado ilə maraqlanır.

90deqiqe.Az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi 21 yaşlı futbolçunun çıxışını yaxından izləyir və qış transfer pəncərəsində onun üçün rəsmi təklif göndərməyi nəzərdən keçirir.

Transfer dəyəri 10-15 milyon avro arasında qiymətləndirilən Delqado yüksək məhsuldarlığı ilə seçilməsə də, müdafiədə etibarlı oyunu, futbol zəkası və meydanın mərkəzində nümayiş etdirdiyi enerjili performansına görə diqqət çəkir.

Milton Delqadoya marağın artması onun 2025-ci ildə keçirilən gənclər arasında dünya çempionatındakı uğurlu çıxışından sonra baş verib. O, Argentina millisinin heyətində turnirin finalına yüksəlib və yarışın ən yaxşı futbolçularından biri kimi "Bürünc top" mükafatına layiq görülüb.







Transfer