24 iyul 2026. Cümə

"Bir-birimizi əla tamamlayacağıq"


  • Transfer
  • 23:16 23.07.2026
  • Oxunma sayı: 40
"Bir-birimizi əla tamamlayacağıq"

"Barselona"nın yeni transferi Kərim Adeyemi komanda yoldaşı Lamin Yamal barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, almaniyalı futbolçu hələ Yamal ilə şəxsən tanış olmadığını desə də, onun futbol keyfiyyətlərini yüksək qiymətləndirib.

"Şəxsən hələ tanış deyilik, amma onun oyunu hər şeyi deyir. Lamin inanılmaz futbolçudur və uğur qazanmaq üçün lazım olan bütün keyfiyyətlərə malikdir. Düşünürəm ki, meydanda bir-birimizi əla tamamlaya bilərik. O, qol vurur, rəqiblərini rahatlıqla keçir, mən isə dərinlikdən açılmağı və ötürmələr qəbul etməyi sevirəm", - deyə Adeyemi Mundo Deportivo nəşrinə bildirib.

Xatırladaq ki, Lamin Yamal 2026-cı il dünya çempionatında İspaniya millisinin heyətində çempionluq sevinci yaşayıb.

Qeyd edək ki, "Barselona" Kərim Adeyeminin transferini cümə axşamı rəsmən açıqlayıb. Almaniyalı hücumçu bundan əvvəl Dortmund "Borussiya"sının formasını geyinirdi.

Adeyemi daha əvvəl verdiyi açıqlamada "Barselona"nı seçməsində baş məşqçi Hans-Diter Flikin həlledici rol oynadığını da vurğulamışdı.







Transfer