- Transfer
- 23:59 23.07.2026
"Mançester Siti"nin qapıçısı Ceyms Trafford klubunu dəyişə bilər.
90deqiqe.Az-ın “BBC”ə istinadən məlumatına görə, İngiltərənin "Lids Yunayted" klubu gənc oyunçunu transfer etmək üçün danışıqlara başlayıb.
23 yaşlı qolkiper cəmi bir il əvvəl "şəhərlilər"in heyətinə qayıtmasına baxmayaraq, bu yay komandadan ayrıla bilər.
Trafford ötən mövsüm "Mançester Siti"nin heyətində bütün turnirlərdə 17 oyunda meydana çıxıb. O, komanda ilə birlikdə İngiltərə Liqa Kubokunu və İngiltərə Kubokunu qazanıb. Qapıçı həmçinin 2026-cı il dünya çempionatı üçün İngiltərə millisinin heyətinə daxil edilsə də, turnirdə forma geyinməyib.
"Lids Yunayted" yeni mövsüm öncəsi Ceyms Traffordu komandanın əsas qapıçısı etməyi planlaşdırır. Futbolçu ilə "Nyukasl Yunayted" və "Aston Villa" da maraqlansa da, "sağsağanlar" 58 milyon avroluq transfer qiymətini yüksək hesab etdikləri üçün danışıqları davam etdirməyiblər.