- Transfer
- 23:59 23.07.2026
"Mançester Yunayted" Braziliyanın "Botafoqo" klubunda çıxış edən yarımmüdafiəçi Danilonu transfer etmək imkanını nəzərdən keçirir.
90deqiqe.Az-ın “BBC”ə istinadən məlumatına görə, 2026-cı il dünya çempionatında Braziliya millisinin heyətində yer alan futbolçu karyerasını davam etdirmək üçün variantları dəyərləndirir. Buna səbəb "Botafoqo"nun "Palmeyras" və "Zenit" klublarından təkliflər almasıdır.
Danilonun mümkün transfer qiymətinin təxminən 29 milyon avro olduğu bildirilir.
"Mançester Yunayted" hələlik yarımmüdafiənin mərkəzini gücləndirmək üçün yekun qərar qəbul etməyib. İngiltərə klubu bir neçə namizədi nəzərdən keçirir və yeni mərkəz yarımmüdafiəçisi ilə müqavilə imzalamamaq variantını da istisna etmir.
Qeyd olunur ki, daha əvvəl "Nyukasl" da Danilo ilə maraqlanıb. Lakin hazırda "sağsağanlar" üçün əsas prioritet "Monako"nun yarımmüdafiəçisi Alaji Bambanın transferidir.
"Botafoqo" rəhbərliyi isə "Palmeyras"ın keçmiş futbolçusunu geri qaytarmaq istəyinə baxmayaraq, Danilonu Braziliyadan kənar kluba satmağa üstünlük verir.