24 iyul 2026. Cümə

Luka Modriç "Milan"la müqaviləsini uzatdı


  • Transfer
  • 23:39 23.07.2026
  • Oxunma sayı: 45
Luka Modriç "Milan"la müqaviləsini uzatdı

Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç karyerasını "Milan" klubunda davam etdirəcək.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, yeni anlaşmaya əsasən, 40 yaşlı futbolçu 2027-ci ilin ortalarınadək İtaliya təmsilçisinin formasını geyinəcək.

Təcrübəli futbolçu bundan sonra da "rossoneri"də 14 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Luka Modriç ötən yay 13 mövsüm çıxış etdiyi Madrid "Real"ından ayrıldıqdan sonra "Milan"a keçib. Xorvatiyalı yarımmüdafiəçi A Seriyası təmsilçisinin heyətində 37 rəsmi oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

"Milan" ötən mövsüm A Seriyasında 5-ci yeri tutaraq Avropa Liqasında iştirak hüququ qazanıb.







Transfer