24 iyul 2026. Cümə

“Atletiko” “Barselona”nın yetirməsini heyətinə qatdı


  • Transfer
  • 23:59 23.07.2026
  • Oxunma sayı: 57
“Atletiko” “Barselona”nın yetirməsini heyətinə qatdı

Madridin “Atletiko” klubu qapıçı Ander Astralaqanı transfer edib.

90deqiqe.Az-ın məlumatına görə, 22 yaşlı futbolçu Kataloniya klubunun sistemində səkkiz il çıxış etdikdən sonra “Barselona”dan ayrılıb. Bu barədə GFSN məlumat yayıb.

 Astralaqa “rojiblankos”la azad agent statusunda müqavilə imzalayıb. “Atletiko”da gənc qapıçının inkişafını davam etdirəcəyinə və qapıçı mövqeyində rəqabəti artıracağına ümid edirlər.

İspaniyalı qolkiper “Barselona” akademiyasının bütün yaş kateqoriyalarından keçib və son illərdə klubun ikinci komandasında çıxış edib. Astralaqa ötən mövsümü icarə əsasında “Qranada”da keçirib.

Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 800 min avro qiymətləndirilir.







Transfer