- Transfer
- 23:36 25.07.2026
Fransalı yarımmüdafiəçi Aladji Bamba karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, 20 yaşlı futbolçunun "Monako"dan "Nyukasl"a transfer olunduğunu İngiltərə klubunun mətbuat xidməti rəsmən açıqlayıb.
Bildirilib ki, tərəflər arasında beşillik müqavilə imzalanıb. Gənc yarımmüdafiəçi yeni komandasında 8 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Aladji Bamba "Monako" klubunun yetirməsidir. "Transfermarkt" portalının məlumatına görə, transferin dəyəri 35,5 milyon avro təşkil edib.
Xatırladaq ki, "Nyukasl" ötən mövsüm İngiltərə Premyer Liqasında 49 xal toplayaraq turnir cədvəlini 12-ci pillədə başa vurub.