26 iyul 2026. Bazar günü

"Atlanta Yunayted" Darvin Nunyes üçün hərəkətə keçdi


  • Transfer
  • 23:03 24.07.2026
  • Oxunma sayı: 37
"Atlanta Yunayted" Darvin Nunyes üçün hərəkətə keçdi

ABŞ-nin MLS təmsilçisi "Atlanta Yunayted" Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda çıxış edən hücumçu Darvin Nunyesi transfer etmək üçün ilk addımı atıb.

90deqiqe.Azxəbər verir ki, bu barədə "Sport.es" nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ klubu uruqvaylı futbolçunun satınalma hüququ ilə icarəyə götürülməsi variantı üzrə "Əl-Hilal"la danışıqlara başlayıb. Bildirilir ki, Nunyes yeni klub axtarışını agenti Jorje Mendeşə həvalə edib. Lakin Səudiyyə təmsilçisi ötən yay təxminən 55 milyon avroya transfer etdiyi futbolçunu güzəştli şərtlərlə buraxmaq niyyətində deyil.

Darvin Nunyes "Barselona"ya keçid variantına da müsbət yanaşır. Ancaq Kataloniya klubu hələlik bu transferlə bağlı konkret addım atmayıb və onu prioritet hədəf hesab etmir. Transferin taleyi əsasən Xulian Alvaresin mümkün keçidi və maliyyə şərtlərindən asılı olacaq.

Qeyd edək ki, 27 yaşlı hücumçu ötən mövsüm bütün turnirlərdə 24 oyunda 8 qol vurub və 5 məhsuldar ötürmə edib. O, mövsüm ərzində legioner limiti ilə bağlı problemlərə görə ölkədaxili turnirlər üçün komandanın sifariş ərizəsindən kənarda qalmışdı.







Transfer