26 iyul 2026. Bazar günü

"Mançester Siti" Pedro Netonu transfer etmək istəyir


  • Transfer
  • 23:35 24.07.2026
  • Oxunma sayı: 142
"Mançester Siti" Pedro Netonu transfer etmək istəyir

İngiltərə Premyer Liqasının nəhənglərindən olan "Mançester Siti" cinah hücumçusu mövqeyini gücləndirmək üçün yeni transfer variantlarını nəzərdən keçirir.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, "şəhərlilər"in maraq dairəsində "Çelsi"nin portuqaliyalı vingeri Pedro Neto yer alıb.

Qeyd olunur ki, hazırda "Mançester Siti"ni çalışdıran Entso Mareska "Çelsi"də işlədiyi dövrdə Pedro Neto ilə yaxşı münasibətlər qurub. Bu amilin mümkün transfer danışıqlarında mühüm rol oynaya biləcəyi vurğulanır.

Bildirilir ki, "Mançester Siti" Pedro Neto ilə hələ onun 2024-cü ilin yayında "Vulverhempton"dan "Çelsi"yə keçidindən əvvəl də maraqlanırdı.

26 yaşlı futbolçu London klubunun heyətində indiyədək 103 oyunda meydana çıxıb, 19 qol vurub və 19 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalının qiymətləndirməsinə əsasən, Pedro Netonun bazar dəyəri 60 milyon avrodur.







Transfer