- Transfer
- 23:36 25.07.2026
İtaliyanın "Fiorentina" və "Bolonya" klubları "Milan"ın cinah hücumçusu Samuel Çukvuezeni transfer etmək imkanını dəyərləndirir.
90deqiqe.Az xəbər verir ki, bu barədə "OneFootball" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 27 yaşlı nigeriyalı futbolçu "Fulhem"dəki icarə müddəti başa çatdıqdan sonra yenidən "Milan"a qayıdıb. İngiltərə klubu onun transfer hüququnu almaqdan imtina edib.
Buna baxmayaraq, "Milan"ın baş məşqçisi Ruben Amorim Çukvuezeyə güvənir və mövsümöncəsi hazırlıq çərçivəsində ona özünü göstərmək imkanı verməyi planlaşdırır.
Lakin məşqçinin dəstəyinə baxmayaraq, futbolçunun yay transfer pəncərəsində komandadan ayrılması istisna edilmir. Bildirilir ki, "Fiorentina" daha əvvəl də Çukvuezeyə maraq göstərib və hazırda hücum xəttini gücləndirmək istəyir. "Bolonya" isə Rikardo Orsolinin mümkün ayrılığı halında nigeriyalını əsas namizədlərdən biri hesab edir.
Qeyd edək ki, Samuel Çukvueze ötən mövsüm 26 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 18 milyon avro qiymətləndirir.