- Transfer
- 23:36 25.07.2026
İtaliyanın "Roma" klubu hücum xəttini gücləndirmək cəhdində istədiyinə nail ola bilməyib.
90deqiqe.Az xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Belçikanın "Brügge" klubu hücumçu Nikolo Tresoldi üçün "Roma"nın etdiyi 35 milyon avroluq təklifi geri çevirib.
21 yaşlı italyan-alman əsilli forvard Belçika təmsilçisinin əsas oyunçularından biri hesab olunur və klub onu satışa çıxarmaq niyyətində deyil.
Tresoldi ötən mövsüm bütün turnirlərdə 23 qol vuraraq uğurlu çıxışı ilə diqqət çəkib. O, Belçika çempionatında 19 dəfə fərqlənərək mövsümün bombardiri olub.
Qeyd edək ki, gənc hücumçu ilə yalnız "Roma" maraqlanmır. Onun xidmətində İngiltərənin "Mançester Yunayted" klubu da maraqlıdır. Daha əvvəl Madrid "Atletiko"sunun etdiyi 30 milyon avroluq təklif də "Brügge" tərəfindən qəbul edilməmişdi.