26 iyul 2026. Bazar günü

"Real" Rodrinin transferi üçün hərəkətə keçdi


  • Transfer
  • 23:56 24.07.2026
  • Oxunma sayı: 131
"Real" Rodrinin transferi üçün hərəkətə keçdi

Madrid "Real"ı "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrini transfer etmək istiqamətində fəaliyyətini davam etdirir.

90deqiqe.Az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, tərəflər arasında hələlik rəsmi danışıqlar başlamasa da, Madrid klubu transferin baş tutacağına inanır. "Kral klubu"nda Rodrinin məhz bu yay komandaya qoşulacağına ümid bəslənilir.

Qeyd olunur ki, daha əvvəl "Real" rəhbərliyi 30 yaşlı ispaniyalı yarımmüdafiəçini transfer planlarına daxil etməmişdi. Lakin futbolçunun dünya çempionatındakı uğurlu çıxışı və turnirin ən yaxşı oyunçusu seçilməsi klubun mövqeyini dəyişib.

Bununla yanaşı, "Mançester Siti" Rodrini komandada saxlamaq niyyətindədir. Bildirilir ki, yarımmüdafiəçi belindəki problem səbəbindən yaxın vaxtlarda əməliyyat olunacaq.

Xatırladaq ki, Rodrinin "Mançester Siti" ilə müqaviləsinin müddəti gələn ilin yayında başa çatır.







Transfer