- Transfer
- 23:36 25.07.2026
Madrid "Atletiko"su Cənubi Koreya millisinin və PSJ-nin yarımmüdafiəçisi Li Kan İnin transferini rəsmiləşdirib.
90deqiqe.Az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, 25 yaşlı futbolçu ilə 2031-ci il iyunun 30-dək nəzərdə tutulan uzunmüddətli müqavilə imzalanıb.
Li Kan İn 2023-cü ilin yayından etibarən Fransanın PSJ klubunun formasını geyinirdi. O, Paris təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 124 oyunda meydana çıxıb, 16 qol vurub və 16 məhsuldar ötürmə edib.
Cənubi koreyalı yarımmüdafiəçi PSJ ilə iki dəfə UEFA Çempionlar Liqasının, üç dəfə isə Fransa çempionatının qalibi olub.
"Transfermarkt" portalının məlumatına görə, futbolçunun hazırkı bazar dəyəri 28 milyon avro təşkil edir.
Qeyd edək ki, Li Kan İn PSJ-yə keçməzdən əvvəl İspaniyanın "Malyorka" klubunda çıxış edib.