26 iyul 2026. Bazar günü

Rodri "Real"la şəxsi müqavilənin şərtlərini razılaşdırdı


  • Transfer
  • 14:28 25.07.2026
  • Oxunma sayı: 42
Rodri "Real"la şəxsi müqavilənin şərtlərini razılaşdırdı

"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri Madrid "Real"ı ilə şəxsi müqaviləsinin bütün şərtləri üzrə razılıq əldə edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto "X" sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 2026-cı il dünya çempionu hazırda yalnız Madrid və Mançester klubları arasında transfer danışıqlarının yekunlaşmasını gözləyir.

Xatırladaq ki, daha əvvəl mətbuatda Rodri "Mançester Siti" rəhbərliyinə Madrid "Real"ına keçmək istədiyini bildirdiyi barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, ispaniyalı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 33 oyunda meydana çıxaraq 2 qol vurub.

Rodrinin "Mançester Siti" ilə qüvvədə olan müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun bazar dəyərini 50 milyon avro qiymətləndirir.







Transfer