- Transfer
- 23:36 25.07.2026
Özbəkistan millisinin müdafiəçisi Abdüqədir Husanov "Mançester Siti" ilə yeni müqaviləyə imza atıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, 22 yaşlı futbolçu ilə imzalanan yeni müqavilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq. Bununla da tərəflər arasında əvvəlki anlaşmanın müddəti daha iki il uzadılıb.
Husanov 2025-ci ilin yanvar ayından etibarən "Mançester Siti"nin formasını geyinir. O, bu müddətdə bütün turnirlərdə 47 oyunda meydana çıxıb və 1 qolla yadda qalıb.
Qeyd edək ki, özbəkistanlı müdafiəçi İngiltərəyə transfer olunmazdan əvvəl Fransanın "Lans" klubunda çıxış edib.
Xatırladaq ki, İngiltərə Premyer Liqasının 2026/2027 mövsümünə avqustun 21-də start veriləcək.