- Transfer
- 23:36 25.07.2026
Almaniyanın "Leyptsiq" klubunun hücumameyilli yarımmüdafiəçisi Yan Diomande karyerasını Madrid "Real"ında davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Şkira sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 19 yaşlı Fil Dişi Sahili millisinin üzvü Madrid klubuna keçidə müsbət yanaşır. Tərəflər arasında şəxsi müqavilənin şərtləri ilə bağlı aparılan danışıqların da müsbət keçdiyi vurğulanır.
Bildirilir ki, "Real" yaxın vaxtlarda futbolçu üçün "RB Leyptsiq"ə yeni transfer təklifi göndərəcək. Daha əvvəl Madrid təmsilçisinin 100 milyon avroluq təklifi Almaniya klubu tərəfindən rədd edilmişdi.
Qeyd edək ki, Yan Diomande ötən mövsüm Bundesliqada 33 oyunda meydana çıxıb. Gənc vinger bu matçlarda 12 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.