26 iyul 2026. Bazar günü

"İnter" Kristian Romero üçün 40 milyon avro təklif etməyə hazırdır


  • Transfer
  • 14:39 25.07.2026
  • Oxunma sayı: 81
"İnter" Kristian Romero üçün 40 milyon avro təklif etməyə hazırdır

İtaliyanın "İnter" klubu "Tottenhem" və Argentina millisinin mərkəz müdafiəçisi Kristian Romeronu transfer etmək niyyətindədir.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Canluici Lonqari sosial şəbəkə hesabında məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, tərəflər arasında mümkün transferlə bağlı ilkin danışıqlar artıq baş tutub. Milan təmsilçisinin rəhbərliyi 28 yaşlı futbolçunun keçidi üçün təxminən 40 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Kristian Romero 2022-ci ilin avqustundan etibarən London klubunun formasını geyinir. Onun "Tottenhem"lə qüvvədə olan müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

"Transfermarkt" portalının məlumatına əsasən, argentinalı müdafiəçinin hazırkı bazar dəyəri 50 milyon avro təşkil edir.







Transfer