- Transfer
- 23:36 25.07.2026
Heyətini ulduz futbolçularla gücləndirmək istəyən "Beşiktaş" klubu hücum xətti üçün növbəti səs-küylü transferini reallaşdırmağa yaxındır.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Saşa Tavolyeri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, uzun müddət Duşan Vlahoviçin transferi üzərində çalışan İstanbul təmsilçisi, alternativ variant kimi Romelu Lukakunu da nəzərdən keçirsə də, hər iki futbolçu ilə razılıq əldə edə bilməyib.
Bundan sonra "Beşiktaş"ın diqqətini Səudiyyə Ərəbistanına yönəltdiyi və "Əl-İttihad"ın hücumçusu Darvin Nunyes üçün ciddi addımlar atdığı vurğulanır.
İddialara əsasən, tərəflər transferlə bağlı razılığa çox yaxındırlar. Müqavilə rəsmiləşəcəyi təqdirdə, 27 yaşlı uruqvaylı forvard mövsümün sonunadək icarə əsasında "Beşiktaş"ın formasını geyinəcək.
Qeyd edək ki, Darvin Nunyesin "Əl-İttihad"la müqaviləsi 2028-ci il iyunun 30-na qədər qüvvədədir.
Uruqvaylı hücumçu ötən mövsüm Səudiyyə Ərəbistanı klubunun heyətində 24 oyuna çıxaraq 9 qol vurub və 5 məhsuldar ötürmə edib.