- Transfer
- 23:36 25.07.2026
Dortmund "Borussiya"sından ayrıldıqdan sonra azad agent statusu alan Yulian Brandt karyerasını İngiltərə və ya Niderlandda davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 30 yaşlı alman yarımmüdafiəçi "Lids Yunayted" və "Ayaks" klublarından rəsmi təklif alıb. Lakin futbolçunun özü İngiltərə Premyer Liqasında çıxış etmək istədiyi üçün "Lids" variantına daha isti yanaşır.
Bildirilir ki, Brandt İtaliya A Seriyasına keçid ehtimalını da istisna etmir. Əgər yaxın günlərdə bu ölkədən konkret təklif daxil olarsa, alman futbolçu onu da nəzərdən keçirməyə hazırdır.
Qeyd olunur ki, "Lids Yunayted" transferi yekunlaşdırmaq üçün danışıqları davam etdirir. Futbolçunun atası və agenti Yurgen Brandtın bir neçə gün əvvəl klubun məşq bazasına baş çəkməsi də bu istiqamətdə işlərin irəlilədiyini göstərir.
Yulian Brandt ötən mövsüm klub səviyyəsində 41 oyunda meydana çıxaraq 11 qol vurub və 4 məhsuldar ötürmə edib. Almaniya millisinin heyətində 48 oyun keçirən yarımmüdafiəçinin "Transfermarkt" portalına görə bazar dəyəri 15 milyon avrodur.