- Transfer
- 23:36 25.07.2026
"Leyptsiq"in gənc vingeri Yan Diomande yay transfer pəncərəsində klubunu dəyişə və Avropanın nəhəng komandalarından birinə keçə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə "Sky Germany" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, "Mançester Siti" 19 yaşlı futbolçu üçün 100 milyon avro ödəməyə hazır olduğunu şifahi şəkildə qarşı tərəfə çatdırıb. Lakin İngiltərə klubu hələlik rəsmi təklif təqdim etməyib.
Bundan əvvəl Madrid "Real"ı və "Liverpul" da Yan Diomande üçün 100 milyon avroluq təklif irəli sürsələr də, "Leyptsiq" hər iki təklifi geri çevirib.
Fransanın PSJ klubu da istedadlı futbolçu ilə maraqlansa da, Paris təmsilçisi hələ ki, rəsmi addım atmayıb.
Xatırladaq ki, daha əvvəl İspaniya mətbuatı Madrid "Real"ının baş məşqçisi Joze Mourinyonun Yan Diomandeni komandanın əsas transfer hədəflərindən biri kimi təsdiqlədiyini yazmışdı.