26 iyul 2026. Bazar günü

"Arsenal" Vinisius üçün hərəkətə keçə bilər


  • Transfer
  • 22:13 25.07.2026
  • Oxunma sayı: 49
"Arsenal" Vinisius üçün hərəkətə keçə bilər

Madrid "Real"ının hücumçusu Vinisius Juniorun klubla yeni müqavilə danışıqları dalana dirənib.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, son saatlarda braziliyalı ulduzun "Arsenal"a keçə biləcəyi ilə bağlı xəbərlər yayılıb. İddialara əsasən, "topçular" bu transfer variantını ciddi şəkildə nəzərdən keçirirlər.

Bundan əlavə, Vinisiusun "Liverpul"a da təklif olunduğu bildirilir. Lakin Mersisayd təmsilçisi danışıqlara qoşulmaqdan imtina edib. Klub diqqətini sağ cinah vingeri mövqeyinə yeni futbolçu transfer etməyə yönəldib.

Xəbərdə qeyd olunur ki, Səudiyyə Ərəbistanı klubları da Vinisiusun vəziyyətini yaxından izləyir. Xüsusilə "Əl-Əhli"nin braziliyalı futbolçunu transfer etməyə cəhd göstərə biləcəyi vurğulanır.

Qeyd edək ki, 26 yaşlı Vinisius Juniorun "Transfermarkt" portalına əsasən bazar dəyəri 140 milyon avro təşkil edir.







Transfer