26 iyul 2026. Bazar günü

"Arsenal" Xulian Alvares üçün 100 milyon avro və futbolçu təklif etməyə hazırdır


  • Transfer
  • 22:34 25.07.2026
  • Oxunma sayı: 58
"Arsenal" Xulian Alvares üçün 100 milyon avro və futbolçu təklif etməyə hazırdır

Madrid "Atletiko"sunun hücumçusu Xulian Alvares karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, "Arsenal" klubu 26 yaşlı forvardı transfer etmək üçün "Atletiko"ya 100 milyon avro və isveçli hücumçu Viktor Qyökereşi təklif etməyə hazırlaşır.

Bildirilir ki, Madrid təmsilçisi argentinalını komandada saxlamaq niyyətindədir. Lakin futbolçunun İspaniya xaricindəki kluba transferi gündəmə gələrsə, "Atletiko" danışıqlara açıq ola bilər.

Xatırladaq ki, Xulian Alvares daha əvvəl verdiyi açıqlamalarda "Barselona"da çıxış etmək arzusunu gizlətməyib. Bununla belə, Madrid klubunun prinsipial rəqiblərindən birinə futbolçunu satmaq niyyətində olmadığı vurğulanır.







Transfer