- Transfer
- 23:36 25.07.2026
Almaniyanın "Bavariya" klubu yay transfer pəncərəsində heyətində ciddi dəyişikliklər etməyi planlaşdırır.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, baş məşqçi Vensan Kompaninin planlarına daxil olmayan futbolçular arasında Saşa Boey, Brayan Saraqosa və Joao Palyinya da yer alır. Ötən mövsümü icarə əsasında müxtəlif klublarda keçirən hər üç oyunçunun bu yay birdəfəlik transfer olunaraq komandadan ayrılması nəzərdə tutulur.
Bununla yanaşı, "Bavariya" rəhbərliyi Alfonso Devis, Hiroki İto və Armindo Zib üçün daxil olacaq sərfəli təklifləri də dəyərləndirməyə hazırdır.
Bildirilir ki, Münhen təmsilçisi futbolçu satışlarından əldə edəcəyi vəsait hesabına hücum xəttini daha bir yüksək səviyyəli oyunçu ilə gücləndirməyi planlaşdırır.