26 iyul 2026. Bazar günü

Flik və Deko Diomandeni yox, Qordonu seçiblər


  • Transfer
  • 22:51 25.07.2026
  • Oxunma sayı: 47
Flik və Deko Diomandeni yox, Qordonu seçiblər

"Leyptsiq"in vingeri Yan Diomande son günlər Madrid "Real"ı, "Mançester Siti" və digər Avropa nəhəngləri ilə əlaqələndirilsə də, məlum olub ki, futbolçu daha əvvəl "Barselona"ya da təklif edilib.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Sport" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, hadisə may ayında baş verib. Həmin vaxt Diomandenin namizədliyi "Barselona" rəhbərliyinə təqdim olunsa da, klubun idman direktoru Deko və baş məşqçi Hans-Diter Flik başqa seçimə üstünlük veriblər.

Kataloniya təmsilçisi sonda "Nyukasl"ın cinah hücumçusu Entoni Qordonu transfer etməyə qərar verib.

Qeyd edək ki, "Transfermarkt" portalı 19 yaşlı ivuarlı vingerin bazar dəyərini 90 milyon avro qiymətləndirir. Lakin "RB Leyptsiq" futbolçunu daha yüksək məbləğ qarşılığında satmağı planlaşdırır.

Yan Diomandenin Almaniya klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.







Transfer