- Transfer
- 23:36 25.07.2026
İtaliyanın "Roma" klubu "Bolonya"nın hücumçusu Santyaqo Kastronun transferi istiqamətində danışıqları intensivləşdirib.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Filippo Biafora sosial media hesabında məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, "Roma" "Brügge"nin Nikolo Tresoldi üçün yüksək məbləğ tələb etməsindən sonra diqqətini Santyaqo Kastroya yönəldib. "Bolonya" 21 yaşlı argentinalı forvardı 40 milyon avro dəyərində qiymətləndirsə də, tərəflər transfer məbləğinin azaldılması üçün danışıqları davam etdirirlər.
Qeyd olunur ki, danışıqlar hazırda aktiv mərhələdədir və futbolçunun namizədliyi "Roma"nın baş məşqçisi Can Pyero Qasperini tərəfindən də təsdiqlənib.
Santyaqo Kastro ötən mövsüm bütün turnirlərdə keçirdiyi 51 oyunda 11 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.