26 iyul 2026. Bazar günü

"Real" Diomandenin transferinə bir addım da yaxınlaşdı


  • Transfer
  • 23:36 25.07.2026
  • Oxunma sayı: 45
"Real" Diomandenin transferinə bir addım da yaxınlaşdı

"Leyptsiq"in cinah hücumçusu Yan Diomandenin "Real"a transferi reallaşmağa çox yaxındır.

90deqiqe.Az xəbər verir ki, bu barədə nüfuzlu insayder Fabritsio Romano  “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

Mənbənin bildirdiyinə görə, Madrid təmsilçisi 19 yaşlı Fil Dişi Sahili millisinin üzvü ilə müqavilənin şəxsi şərtlərini şifahi şəkildə razılaşdırıb. Gənc futbolçu da "kral klubu"nun təklif etdiyi şərtlərə razılıq verib.

İndi transferin taleyi əsasən klublar arasında aparılacaq danışıqlardan asılı olacaq. "Real"ın "Leyptsiq"ə yeni təklif təqdim etməyə hazırlaşdığı bildirilir. Almaniya klubu madridlilərin daha əvvəl etdiyi 90 milyon avro və əlavə 10 milyon avro bonusdan ibarət təklifi geri çevirmişdi.

Qeyd olunur ki, Fransa çempionu PSJ də "Leyptsiq"lə danışıqlar aparır və istedadlı futbolçunun transferi uğrunda mübarizəni davam etdirir.







Transfer