- Transfer
- 18:06 26.07.2026
İngiltərənin "Liverpul" klubu gürcüstanlı qapıçı Giorgi Mamardaşvilini növbəti mövsüm üçün icarəyə göndərməyi planlaşdırır.
90deqiqe.Az-ın “TEAMtalk”a istinadən məlumatına görə, mersisaydlıların rəhbərliyi artıq 25 yaşlı qolkiper üçün yeni klub axtarışına başlayıb.
"Liverpul" əsas qapıçısı Alisson Bekeri komandada saxlamaq qərarına gəlib.
Daha əvvəl Braziliya millisinin qolkiperi ilə İtaliyanın "Yuventus" klubu maraqlansa da, İngiltərə təmsilçisi onun transferinə razılıq verməyib və Alisson yeni mövsümdə də komandanın bir nömrəsi olacaq.
Xatırladaq ki, Giorgi Mamardaşvili 2025-ci ilin yayında 30 milyon avro qarşılığında İspaniyanın "Valensiya" klubundan "Liverpul"a transfer olunub. Lakin o, əsas heyətdə Alissonu əvəzləyə bilməyib. Gürcüstan millisinin üzvü ötən mövsüm bütün turnirlərdə 20 oyunda meydana çıxıb, üç matçda qapısını toxunulmaz saxlayıb və 34 qol buraxıb.