26 iyul 2026. Bazar günü

"Beşiktaş"ın əsas hədəfi Salahdır


  • Transfer
  • 17:14 26.07.2026
  • Oxunma sayı: 33
"Beşiktaş"ın əsas hədəfi Salahdır

Türkiyənin "Beşiktaş" klubu yay transfer dönəmində hücum xəttini gücləndirmək üçün dünya ulduzunu heyətinə qatmağa çalışır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə nüfuzlu insayder Fabritsio Romano  “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

Mənbənin bildirdiyinə görə, İstanbul təmsilçisi uruqvaylı hücumçu Darvin Nunyeslə maraqlanmır və tərəflər arasında hər hansı danışıqlar aparılmayıb.

Əvəzində "qara qartallar" bu yay "Liverpul"dan ayrılan misirli hücumçu Məhəmməd Salahın transferini reallaşdırmağa çalışır. Bildirilir ki, 34 yaşlı futbolçunun transferi klubun əsas prioritetidir.

Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən "Liverpul"un formasını geyinib.

Misirli hücumçu ötən mövsüm İngiltərə Premyer Liqasında 27 oyunda iştirak edib, yeddi qol vurub və yeddi məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer