- Transfer
- 18:25 26.07.2026
İspaniya millisinin və Bilbao "Atletik"inin müdafiəçisi Emerik Laport 2026-cı il dünya çempionatı zamanı xidmətlərini "Barselona"ya təklif edib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, Kataloniya təmsilçisinin rəhbərliyi 32 yaşlı müdafiəçinin transferindən imtina edib. Klub bu addımla Bilbao "Atletik"i ilə münasibətlərin daha da gərginləşməsini istəməyib.
Bildirilir ki, "Barselona" daha əvvəl bask klubunun cinah oyunçusu Niko Uilyamsı transfer etməyə çalışsa da, tərəflər arasında razılıq əldə olunmayıb.
Məlumata əsasən, komandanın baş məşqçisi Hans-Diter Flik hazırkı müdafiə xəttinin potensialından razıdır və yeni mərkəz müdafiəçisinin transferini hazırda prioritet hesab etmir.