- Transfer
- 18:35 26.07.2026
"Leyptsiq"in cinah oyunçusu Yan Diomandenin transferi ilə bağlı danışıqlar hələlik nəticə verməyib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Florian Plettenberq sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Almaniya klubu bu gün "Real Madrid" və PSJ ilə yeni təmaslar quracaq. Hər iki klubun futbolçu üçün yenilənmiş transfer təklifi hazırladığı qeyd olunur.
Məlumata əsasən, PSJ 20 yaşlı vingerin transferində israrlıdır və mübarizədən geri çəkilməyi planlaşdırmır. Bununla yanaşı, "RB Leyptsiq" "Liverpul" və "Mançester Siti"dən gələcək mümkün təklifləri də nəzərdən keçirir.
Plettenberqin sözlərinə görə, yayılan iddiaların əksinə olaraq, hazırda Almaniyada "RB Leyptsiq" və "Real Madrid" nümayəndələri arasında üzbəüz danışıqlar aparılmır.
Qeyd edək ki, Yan Diomande hazırda məzuniyyətdədir. O, hələ "RB Leyptsiq" rəhbərliyi ilə görüşməyib və gələn həftənin əvvəlində komandanın düşərgəsinə qoşulacağı gözlənilir.