26 iyul 2026. Bazar günü

Ronaldonun klubu ağır maliyyə böhranına düşdü


  • Transfer
  • 18:06 26.07.2026
  • Oxunma sayı: 52
Ronaldonun klubu ağır maliyyə böhranına düşdü

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ciddi maliyyə problemləri yaşayır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Arriyadiyah" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Kriştiano Ronaldonun çıxış etdiyi klubun borcu 185 milyon avronu ötüb. Komandanın sahibi olan Səudiyyə Ərəbistanı İctimai İnvestisiya Fondu (PIF) artıq maliyyə böhranından çıxış planı hazırlayıb və klubun səhmlərinin bir hissəsinin satılması variantını nəzərdən keçirir.

Bildirilir ki, fond hazırkı rəhbərliyin maliyyə səlahiyyətlərinin bir hissəsini məhdudlaşdırmağı, maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün müstəqil məsləhətçilər cəlb etməyi və potensial investorların təkliflərini qiymətləndirməyi planlaşdırır.

Məlumata əsasən, "Əl-Nəsr" yalnız öz gəlirləri və ya sponsorluq müqavilələri hesabına maliyyə təminatı olduğu halda yeni futbolçu və məşqçi transfer edə biləcək.

Bundan başqa, PIF klubun səhmlərinin alınması ilə bağlı iki təklifi nəzərdən keçirir. Fond tam satışdan daha çox, səhmlərin qismən satılmasına üstünlük verir.

Qeyd edək ki, "Əl-Nəsr"in hazırkı borcu əsasən ötən mövsümün maliyyə nəticələri fonunda formalaşıb. Kriştiano Ronaldonun formasını geyindiyi komanda son mövsümdə yeddi ildən sonra yenidən Səudiyyə Ərəbistanı çempionu olub.







Transfer

Dovbik "Roma"dan ayrıla bilər
  • Transfer
  • 18:18 26.07.2026
Dovbik "Roma"dan ayrıla bilər