26 iyul 2026. Bazar günü

Dovbik "Roma"dan ayrıla bilər


  • Transfer
  • 18:18 26.07.2026
  • Oxunma sayı: 34
Dovbik "Roma"dan ayrıla bilər

İtaliyanın "Roma" klubunun hücumçusu Artem Dovbik yaxın vaxtlarda komandasını dəyişə bilər.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə nüfuzlu insayder Fabritsio Romano  “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

Mənbənin bildirdiyinə görə, 29 yaşlı forvardı icarə əsasında heyətinə qatmaq istəyən "Bolonya" artıq ilk addımı atıb. Bildirilir ki, Ukrayna millisinin üzvü üçün bazar günü komandanın baş məşqçisi Domeniko Tedesko ilə görüş keçirib. Mütəxəssis Dovbiki heyətində görmək istədiyini bildirib.

Qeyd olunur ki, "Roma" rəhbərliyi hücumçunun ayrılmasına etiraz etmir. Transferin baş tutub-tutmayacağı isə futbolçunun yekun qərarından asılı olacaq.

Məlumata görə, Artem Dovbikin xidmətində "Fiorentina", "Cenoa" və Niderlandın "Ayaks" klubu da maraqlıdır.

Xatırladaq ki, Dovbik 2024-cü ildən "Roma"nın formasını geyinir. O, paytaxt təmsilçisinin heyətində bütün turnirlərdə keçirdiyi 63 oyunda 20 qol vurub və altı məhsuldar ötürmə edib.







Transfer

Dovbik "Roma"dan ayrıla bilər
  • Transfer
  • 18:18 26.07.2026
Dovbik "Roma"dan ayrıla bilər