26 iyul 2026. Bazar günü

"Yuventus" Kolo-Muaninin transferini bitirməyə hazırlaşır


  • Transfer
  • 18:25 26.07.2026
  • Oxunma sayı: 41
"Yuventus" Kolo-Muaninin transferini bitirməyə hazırlaşır

İtaliyanın "Yuventus" klubu PSJ-nin hücumçusu Randal Kolo-Muaninin transferi ilə bağlı danışıqlarda mühüm irəliləyiş əldə edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Turin təmsilçisi transferi iyulun sonunadək rəsmiləşdirməyə çalışır. "Yuventus"un son təklifi 40 milyon avronu ötür. Tərəflər eyni zamanda futbolçunun gələcək satışından əldə olunacaq gəlirin müəyyən faizinin PSJ-yə ödənilməsi məsələsini də müzakirə edirlər.

Paris klubu ilkin mərhələdə 27 yaşlı hücumçu üçün 50 milyon avro tələb edirdi.

Məlumata əsasən, danışıqlarda "Yuventus"un əsas üstünlüklərindən biri də Kolo-Muaninin karyerasını məhz Turin klubunda davam etdirmək istəməsidir.

Xatırladaq ki, Fransa millisinin üzvü ötən mövsüm "Yuventus"da icarə əsasında çıxış edib. O, Turin təmsilçisinin heyətində keçirdiyi 22 oyunda 10 qol vurub və üç məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

Dovbik "Roma"dan ayrıla bilər
  • Transfer
  • 18:18 26.07.2026
Dovbik "Roma"dan ayrıla bilər