- Transfer
- 19:32 26.07.2026
İngiltərənin "Arsenal" klubu Madrid "Real"ının ulduzu Vinisius Junioru transfer etmək istəsə, ona komandanın ən yüksək maaş alan futbolçusu statusunu verməli olacaq.
90deqiqe.Az xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, London təmsilçisi braziliyalı vingerin "Real"la yeni müqavilə üzrə danışıqlarda yaşanan fikir ayrılıqları fonunda onun transferi variantını ciddi şəkildə nəzərdən keçirir.
Hazırda "Arsenal"ın ən yüksək maaş alan futbolçusu Bukayo Sakadır. İngiltərə millisinin üzvü vergilər çıxılmadan ildə təxminən 15,6 milyon funt sterlinq (18,2 milyon avro) qazanır.
Vinisius isə "Real Madrid"də vergilər ödənildikdən sonra təxminən 14,9 milyon avro maaş alır. Madrid klubu yeni müqavilə çərçivəsində futbolçuya illik 20 milyon avrodan artıq əməkhaqqı təklif etsə də, braziliyalı ulduz təxminən 30 milyon avro tələb edir.