26 iyul 2026. Bazar günü

"Real" 90 milyonluq transferi tamamlamağa yaxındır


  • Transfer
  • 19:28 26.07.2026
  • Oxunma sayı: 47
"Real" 90 milyonluq transferi tamamlamağa yaxındır

Madrid "Real"ı "Leyptsiq"in cinah oyunçusu Yan Diomandenin transferini yekunlaşdırmağa yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə transfer insayderi Ben Ceykobs məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Madrid təmsilçisi 19 yaşlı futbolçunun keçidi ilə bağlı Almaniya klubu ilə razılıq əldə edib.

Bundan əvvəl "Real"ın Fil Dişi Sahilindən olan vingerlə şəxsi müqavilənin şərtlərini də razılaşdırdığı bildirilmişdi. Məlumata əsasən, transferin dəyəri 90 milyon avronu ötə bilər.

Qeyd edək ki, Yan Diomande 2025-ci ilin yayından "RB Leyptsiq"in formasını geyinir. O, Almaniya klubunun heyətində keçirdiyi 36 oyunda 13 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Hazırda futbolçunun transfer bazarındakı dəyəri 90 milyon avro qiymətləndirilir. Onun "RB Leyptsiq"lə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.







Transfer

Dovbik "Roma"dan ayrıla bilər
  • Transfer
  • 18:18 26.07.2026
Dovbik "Roma"dan ayrıla bilər