26 iyul 2026. Bazar günü

Dzekonun gələcəyi ilə bağlı qərar verildi


  • Transfer
  • 19:32 26.07.2026
  • Oxunma sayı: 40
Dzekonun gələcəyi ilə bağlı qərar verildi

Bosniya və Herseqovina millisinin hücumçusu Edin Dzeko karyerasını Almaniyanın "Şalke" klubunda davam etdirməyə yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Sky Sports" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, ötən mövsümün sonunda müqaviləsi başa çatan 39 yaşlı hücumçu ilə "Şalke" arasında yeni anlaşmanın yaxın günlərdə rəsmiləşdirilməsi gözlənilir. Tərəflər arasında razılığın əldə olunması ehtimalı 80-90 faiz qiymətləndirilir.

Bundan əvvəl "Şalke"nin idman direktoru Frank Baumann Dzeko ilə yeni müqavilə barədə danışıqların aparıldığını, lakin yekun razılığın hələ əldə olunmadığını açıqlamışdı.

Qeyd olunur ki, "Şalke"nin "Lids Yunayted"dən ayrılan Maksimilian Vöberi azad agent kimi heyətinə qatması klubun maliyyə yükünü azaltdığı üçün Dzekoya yeni müqavilə təklif etmək imkanlarını artırıb.

Xatırladaq ki, Edin Dzeko ötən mövsümün ilk yarısını İtaliyanın "Fiorentina" klubunda keçirib, qış transfer pəncərəsində isə "Şalke"yə qoşulub. Təcrübəli hücumçu Almaniya təmsilçisinin heyətində keçirdiyi 11 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib. O, həmçinin Bosniya və Herseqovina millisinin 2026-cı il dünya çempionatının iştirak ərizəsində də yer alıb.







Transfer

Dovbik "Roma"dan ayrıla bilər
  • Transfer
  • 18:18 26.07.2026
Dovbik "Roma"dan ayrıla bilər