26 iyul 2026. Bazar günü

Sançonun yeni ünvanı Qətər ola bilər


  • Transfer
  • 20:55 26.07.2026
  • Oxunma sayı: 50
Sançonun yeni ünvanı Qətər ola bilər

İngiltərə millisinin üzvü Ceydon Sanço karyerasını Avropadan kənarda davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Qətərin "Əl-Rayyan" klubu 26 yaşlı cinah hücumçusunu heyətinə qatmaq istəyir. Səkkizqat ölkə çempionu futbolçuya rəsmi müqavilə təklifi göndərib və hazırda onun cavabını gözləyir.

Bundan əvvəl yayılan xəbərlərdə Sançonun karyerasını İngiltərədə davam etdirmək istədiyi qeyd olunurdu.

Xatırladaq ki, Ceydon Sanço bu yay müqaviləsinin başa çatması səbəbindən "Mançester Yunayted"dən ayrılıb. O, ötən mövsümü icarə əsasında "Aston Villa"da keçirib.

İngilis futbolçu Birmingem təmsilçisinin heyətində bütün turnirlərdə 39 oyuna çıxıb, bir qol vurub və üç məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

Dovbik "Roma"dan ayrıla bilər
  • Transfer
  • 18:18 26.07.2026
Dovbik "Roma"dan ayrıla bilər